ABŞ-da sinaqoqda atışma: 8 ölü - VİDEO

© AP Photo / Gene J. PuskarABŞ-da sinaqoqda atışma, 27 oktyabr 2018-ci il
ABŞ-da sinaqoqda atışma, 27 oktyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Atəş açanın taleyi barədə məlumat yoxdur. İlkin məlumata görə, cinayətkar kişidir və avtomatdan atəş açıb

BAKI, 27 oktyabr – Sputnik. ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində yerləşən sinaqoqda atışma baş verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, silahlı insident nəticəsində ən azı 8 nəfər həyatını itirib.

Hadisə yerinə gələn polis də atəşə tutulub və maşınların arxasında gizlənməli olub. Polisə hücum barədə sinaqoqda gizlənən insanlar xəbər veriblər. Olay zamanı ən azı 3 polis əməkdaşı ölüb.

Atəş açanın saxlanıldığı bildirilir. İlkin məlumata görə, cinayətkar kişidir və avtomatdan atəş açıb.

Polis ətrafı mühasirəyə alıb və insanların xilas edilməsi əməliyyatı davam edir.

 

Xəbər lenti
0