ELM

"Ali məktəblərimizin qapıları xarici ölkə vətəndaşlarının üzünə həmişə açıq olub"

© Official website of President of Azerbaijan Republicİlham Əliyev İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində
İlham Əliyev İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev: "Bu gün biz xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsili üçün yeni-yeni təşəbbüslər irəli sürür və gerçəkləşdiririk"

BAKI, 26 oktyabr — Sputnik. Prezident İlham Əliyev "Gələcəyimizə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru" mövzusunda keçirilən "dəyirmi masa" iştirakçılarına müraciət ünvanlayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, müraciətdə deyilir:

İlham Əliyev ISESCO-nun baş direktoru ilə görüşüb - Sputnik Azərbaycan
İlham Əliyev önəmli təşkilatların rəhbərlərini qəbul edib

"Hörmətli tədbir iştirakçıları!

Sizi səmimi qəlbdən salamlayır və "Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası"nın yaradılması münasibətilə təbrik edirəm.

Sürətlə qloballaşan dünyada hər bir fəaliyyət sahəsi yeni ideya və baxışlar tələb etməklə gənclərin elmi biliklərə əsaslanan bacarıq və vərdişlərə yiyələnməsini labüd edir. Buna görə də cəmiyyətin inkişafında elm və təhsil mühüm rol oynayır.

Təhsil Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Gənclər siyasəti çərçivəsində həyata keçirdiyimiz bir çox proqramlar mövcud potensialın üzə çıxarılması və ölkəmizin siyasi, iqtisadi və sosial inkişafına yönəldilməsi məqsədlərini daşıyır. Təsadüfi deyildir ki, Azərbaycan "Ekspo 2025" üçün Bakının namizədliyini irəli sürərkən "İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq" mövzusunu seçib.

Eyni zamanda, Azərbaycanda əcnəbi gənclərin təhsili sahəsində də xoş ənənələr mövcuddur. Ali məktəblərimizin qapıları xarici ölkə vətəndaşlarının üzünə həmişə açıq olub. Belə ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində on minlərlə əcnəbi gənc Azərbaycanda ali təhsil alıb, ən müxtəlif ixtisaslara yiyələnib. Sevindirici haldır ki, bu gün həmin gənclər öz ölkələrinin ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında fəal iştirak edərək, multikulturalizm məkanı olan Azərbaycanla mənəvi körpü rolunu oynayırlar.

Bu gün biz xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsili üçün yeni-yeni təşəbbüslər irəli sürür və gerçəkləşdiririk. Təkcə onu demək kifayətdir ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatına, eləcə də gələn ildən sədrlik edəcəyi Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarının ali məktəblərimizdə təhsili məqsədilə qrant proqramları təsis etmişdir və bu proqramlar müvəffəqiyyətlə həyata keçirilir.

Ümidvaram ki, Azərbaycanda təhsil almış əcnəbi məzunların ilk görüşünün iştirakçısı kimi siz yenidən Bakıya gəlməkdən məmnun qalacaq, tələbəlik çağlarınız ilə bağlı olan paytaxtımızdan vətəninizə ən xoş təəssüratlarla dönəcək, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfələr verəcəksiniz.

Sizə cansağlığı, işlərinizdə uğurlar diləyirəm".

Xəbər lenti
0