BAKI, 26 oktyabr — Sputnik. Türkiyədə bələdiyyə seçkiləri 2019-cu il martın 31-də keçiriləcək. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, bu barədə qərar "Rəsmi Gazete"də dərc olunub.
Seçkilərdə namizəd olacaq şəxslər üçün son istefa tarixi isə 1 dekabr 2018-ci il olaraq müəyyənləşdirilib.
Qeyd edək ki, qanunvericiliyə görə yerli seçkilər 5 ildən bir keçirilir və mart ayının son bazar günü səsvermə günüdür.