Medal qazanan idmançılarla görüş keçirilib

© © MOK-nin mətbuat xidməti"Zəfər Günləri" layihəsi çərçivəsində Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan milli komandasının idmançıları ilə görüş keçirilib
Zəfər Günləri layihəsi çərçivəsində Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan milli komandasının idmançıları ilə görüş keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Çingiz Hüseynzadə: "Bütün idmançılarımız medal qazanmaq uğrunda sona kimi mübarizə apardılar"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Ötən gün "Zəfər günləri" layihəsi çərçivəsində Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan milli komandasının idmançıları ilə görüş keçirilib. Tədbir Milli Olimpiya Komitəsində keçirilib.

© © MOK-nin mətbuat xidməti"Zəfər Günləri" layihəsi çərçivəsində Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan milli komandasının idmançıları ilə görüş keçirilib
Zəfər Günləri layihəsi çərçivəsində Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan milli komandasının idmançıları ilə görüş keçirilib - Sputnik Azərbaycan
"Zəfər Günləri" layihəsi çərçivəsində Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan milli komandasının idmançıları ilə görüş keçirilib

Sputnik Azərbaycan xəbər verir ki, idmançılarla görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibi Ağacan Abiyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və digər şəxslər iştirak ediblər.

Tədbirin əvvəlində olimpiada ilə bağlı videoçarx nümayiş olunub. Daha sonra isə Çingiz Hüseynzadə çıxış edib. O, Argentinada keçirilən mötəbər yarışlarda iştirak edən və medal qazanan idmançıları təbrik edib: "Bütün idmançılarımız medal qazanmaq uğrunda sona kimi mübarizə apardılar. Sevindirici haldır ki, hər dəfə eyni idman növündən daha çox medal qazanırdıq. Bu dəfə isə qazanılan 7 medalın hər biri fərqli idman növləri üzrə oldu. Bu da bütün idman növlərinin Azərbaycanda inkişaf etdiyindən xəbər verir".

© © MOK-nin mətbuat xidməti"Zəfər Günləri" layihəsi çərçivəsində Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan milli komandasının idmançıları ilə görüş keçirilib
Zəfər Günləri layihəsi çərçivəsində Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan milli komandasının idmançıları ilə görüş keçirilib  - Sputnik Azərbaycan
"Zəfər Günləri" layihəsi çərçivəsində Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan milli komandasının idmançıları ilə görüş keçirilib

Daha sonra Oyunların Təşkilat Komitəsinin xüsusi diplomları idmançılara tədbirdə iştirak edən qonaqlar tərəfindən təqdim olunub".

Qeyd edək ki, Argentinaya yollanan 17 Azərbaycan idmançısından 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medal qazanıb.

Xəbər lenti
0