Süd vəzisi xərçəngini müəyyən etməyin ən sadə üsulu

© AP Photo / Andrew HarnikSüd vəzi xərçənginin diaqnostikası, arxiv şəkli
Süd vəzi xərçənginin diaqnostikası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Sonra isə vəziyyətinizə uyğun olaraq illik müayinələrə gəlməlisiniz"

 

BAKI, 25 oktyabr — Sputnik. "Süd vəzisi xərçənginin diaqnozu erkən qoyulduğu zaman müalicə sonunda həm xəstənin həyatı qurtulur, həm də süd vəzisi yerində qalır". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə türkiyəli cərrah Həmdi Köçər öz "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, bunun üçün tək şərt xəstəliyin inkişaf etmədən tapılmasıdır: "Əl ilə müayinədə qadın öz döşündəki 2 sm-lik kiçik kütlələri hiss etməlidir. Lakin təcrübəli bir həkim şişi 1-1,5 sm ikən, mammoqrafiya isə hətta 0,5 sm ikən görə bilər. Ona görə şikayətiniz olmasa belə, mütləq həkimə getməlisiniz. Sonra isə vəziyyətinizə uyğun olaraq illik müayinələrə gəlməlisiniz".

Xəbər lenti
0