BAKI, 26 oktyabr — Sputnik. "Facebook" şirkəti ictimaiyyətə yazılı müraciət edib. Müraciətdə bildirilir ki, son üç ay ərzində xüsusi hazırlanmış proqram vasitəsilə uşaqların görməsi uyğun bilinməyən 8 milyon 700 min görüntünü sistemdən silib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqram özü uşaqların görməsi məsləhət bilinməyən şəkilləri ləğv edib. Facebook eyni zamanda cinsi istismar məqsədi ilə istifadə olunan profilləri də müəyyən edərək silir.
Şirkət eyni proqramı “Instagram”da da tətbiq etməyi planlaşdırır.