Ərdoğan kraldan jurnalistin cəsədinin yerini göstərməyi tələb etdi

© Photo : Cem Oksuz / Presidential Palace / Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan /
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan / - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə danışıqlar aparıb

BAKI, 26 oktyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı rəhbərliyindən jurnalist Camal Qaşıqçının ölüm əmrini verən şəxslərin adlarını çəkməsini istəyib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Ər-Riyadda iqtisadi forum - Sputnik Azərbaycan
Qaşıqçı olayının ilk nəticəsi: Şahzadə iqtisadi forumun açılışında iştirak etməyib

Bundan əlavə, Türkiyə lideri səudiyyə tərəfindən jurnalistin İstanbulda öldürülməsi əməliyyatı üzrə "yerli iştirakçının" adını və öldürülən jurnalistin cəsədinin harada gizlədildiyini açıqlamağı tələf edib: "Qaşıqçının cəsədi haradadır? Kim Qaşıqçının öldürülməsi əmrini verib? Kim bu insanların Türkiyəyə gəlməsi əmrini verib? Səudiyyə rəhbərliyi bütün bunları izah etməlidir".

Ərdoğan, həmçinin əlavə edib ki, bu gün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl Səudla danışıqlar aparıb.

Xəbər lenti
0