BAKI, 25 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp "New York Times" nəşrinin onun telefonlarının dinlənilməsinə dair yaydığı materialı təkzib edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tramp öz rəsmi "Twitter" səhifəsində yazıb.
"New York Times-da Tramp eksperti adlandırılan şəxslər mənim necə telefon işlətməyimə dair uzun və cansıxıcı material hazırlayıb və o həqiqəti əks etdirmir. Mən yalnız hökumət telefonlarından istifadə edirəm və mənim yalnız bir hökumət mobil telefonum var və ondan nadir hallarda istifadə edirəm. Material yanlışdır!", — deyə Tramp yazıb.
The so-called experts on Trump over at the New York Times wrote a long and boring article on my cellphone usage that is so incorrect I do not have time here to correct it. I only use Government Phones, and have only one seldom used government cell phone. Story is soooo wrong!
— Donald J. Trump (@realDonaldTrump) 25 октября 2018 г.