Putin Trampla görüşə gedə bilər

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidHelsinkidə Putinlə Trampın görüşü, 16 iyul 2018-ci il
Helsinkidə Putinlə Trampın görüşü, 16 iyul 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Dmitri Peskov Rusiya prezidentinin Vaşinqtona səfər etmə ehtimalının müzakirə olunduğunu deyib

BAKI, 25 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin 2019-cu ildə ABŞ-a səfər edə bilər.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Moskva səfəri zamanı Rusiya prezidenti Vladimir Putinin gələn il Vaşinqtona səfər etmə ehtimalının müzakirə olunduğunu deyib.

Bununla yanaşı o, Putinin gələn il Vaşinqtona səfər etməsi ilə bağlı dəqiq bir qərarın olmadığını, bu məsələnin qısa şəkildə müzakirə edildiyini söyləyib.

Xəbər lenti
0