Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov Sputnik Azərbaycan-a deyir ki, forum “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusuna həsr olunacaq:
“Builki forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edəcək. Beynəlxalq Humanitar Forumda qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparılcaq. Bu məqsədlə müxtəlif ölkələrdən tanınmış dövlət xadimləri, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatları və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələri bir araya gələcək”.
Qeyd edək ki, 2010-cu ildən təşkil olunan tədbirin təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir.
İntiqam Hümbətovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz