CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dostları Müslüm Maqomayevi yad etdilər

Abunə olmaq
Görkəmli müğənni və bəstəkar, dünya şöhrətli SSRİ Xalq artisti Müslüm Maqomayevin vəfatından 10 il keçir. Bu münasibətlə sənətkarın Fəxri xiyabanda yerləşən məzarı önündə anım mərasimi keçirilib.

Müslüm Maqomayevin dostları və onu sevənlər Xalq artistinin şərəfli ömür yolundan və bənzərsiz sənətindən söz açıblar.

Qeyd edək ki, M.Maqomayevin sonuncu mahnısı rus şairi Yeseninin sözlərinə yazılmış “Əlvida, Bakı, mən səni daha görməyəcəyəm” kompozisiyası olub. Özünün bəstələdiyi və ifa etdiyi bu əsərlə o, sanki dünyalar qədər sevdiyi şəhərlə əbədi vidalaşırdı. Həmin kompozisiya sənətkarın dəfni zamanı səsləndirilib. 

Xəbər lenti
0