Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Populyar meyxananın müəllifləri məşhur idmançıya musiqi həsr etdilər

© Sputnik / Murad Orujovİntiqam və Ehtiram Rüstəmovlar
İntiqam və Ehtiram Rüstəmovlar - Sputnik Azərbaycan
Abunə olmaq
Populyar meyxanaçılar İntiqam və Ehtiram Rüstəmovlar rusiyalı idmançıya həsr etdikləri kompozisiyanı təqdim ediblər

BAKI, 25 oktyabr — Sputnik. Populyar Azərbaycan meyxanaçıları İntiqam və Ehtiram Rüstəmovlar rusiyalı idmançı Həbib Nurməhəmmədova həsr etdikləri kompozisiyanı təqdim ediblər.

Rüstəmov qardaşları Sputnik Azərbaycan-a bildiriblər ki, onlar uzun müddətdir Nurməhəmmədovun idman fəaliyyətini izləyirlər və onun irland döyüşçü Konor Makqreqor üzərində qələbə çalmasına çox seviniblər. Onlar yeni kompozisiyalarının Rusiyada populyar olacağına inanırlar.

Xatırladaq ki, 6-da Las-Veqas şəhərində irland boksçu Konor Makqreqorla dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüş olub. Rusiyalı döyüşçü qarışıq döyüş növündə qələbə qazanıb və yüngül çəkidə "Ultimate Fighting Championship — UFC" (Mütləq Döyüş Çempionatı) titulunu qoruyub. Bu döyüşdən sonra Həbib Nurməhəmmədov müsəlman dünyasının sevimlisinə çevrilib. Onun azarkeşləri arasında azərbaycanlılar da çoxluq təşkil edir.

İntiqam və Ehtiram Rüstəmovlar 2010-cu ildə Runetdə partlayışa səbəb olan məşhur "Tı kto takoy? Davay, do svidaniya!" meyxanasının müəllifləridir. Həmin meyxanadan sonra, onların bu ifadəsi bütün MDB ölkələrində məşhurlaşıb. "Tı kto takoy? Davay, do svidaniya!" meyxanası rusiyalı reper Timatinin ifasından sonra daha da populyarlaşıb. Timati 2012-ci ildə özünün Filipp Kirkorova ünvanlanmış mahnısında bu meyxanadan istifadə edib.

Rüstəmov qardaşları öz yaradıcılıqlarını davam etdirirlər və hər dəfə rus dilində meyxana oxumaqları ilə fərqlənirlər.

Xəbər lenti
0