CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadınlar kişilərin yataq səhvlərindən danışırlar

© Photo : stokpicGənc cütlük yataqda, arxiv şəkli
Gənc cütlük yataqda, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi kişilər orqazmdan sonra qadını qucaqlamaqdan və öpməkdən belə imtina edir

BAKI, 25 oktyabr — Sputnik. Qadınlar kişilərin cinsi əlaqə zamanı etdikləri ən böyük səhvlər haqqında danışıblar.

Gənc qadın - Sputnik Azərbaycan
Uğurlu seks üçün özünüzü sevin

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu gün insanlar əvvəllər olduğundan daha azaddırlar. Məsələn, 1960-cı illərdə oral seksi təcrübə edən cütlüklərə əxlaqını və mənəviyyatını itirmiş insan deyirmişlər, anal sekslə məşğul olmaq isə təhqir hesab edilirmiş. İndi isə hər şey fərqlidir.

Ancaq ən əsası budur ki, seksin hansı növü olursa olsun, tərəf müqabilinə sevinc bəxş edə biləsən.

Seksoloqlar kişilərin cinsi əlaqə zamanı etdikləri səhvləri müəyyən ediblər. Araşdırmada iştirak edən qadınlar bildirib ki, onlara ən pis təsir edən şey seks zamanı kişilərin icazə almadan onlarla oral sekslə məşğul olmalarıdır. Yəni, bəzən kişilərin çox zaman seks əsnasında qadını oral seksə məcbur etmələri onların ən böyük səhvi hesab edilib. Qadınlar bildirib ki, kişi cinsi əlaqə zamanı qadından oral seks istəyib istəmədiyini soruşmalıdır. Əks halda bu həddən artıq işgəncəli bir məşğuliyyətə çevrilir.

Kişilərin başqa bir səhvi. Onlar hesab edirlər ki, qadınlar kişilərin seks haqqında danışmasını, onu reallaşdırmasından daha üstün hesab edir. Səhvlərdən biri isə orqazmdan sonra kişilərin qadına olan marağının itməsidir. Belə ki, bəzi kişilər orqazmdan sonra qadını qucaqlamaqdan və öpməkdən belə imtina edir.

Belə kişiləri qadınlar həddən artıq eqoist hesab edir və onlarla bir daha sekslə məşğul olmaqdan imtina edirlər.

Xəbər lenti
0