BAKI, 25 oktyabr — Sputnik. Peterburq muzeylərindən birində nümayiş etdirilən kirpilərdən hazırlanmış büsqalter cəmiyyətin qınağına səbəb olub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, qadın alt geyimi "Erart" muzeyində sərgilənib. Əsər Yeni Zelandiyadan olan dəri ustası Kler Tred tərəfindən hazırlanıb.
Dövlət Dumasının deputatı Vitaliy Milonov eksponatı "eybəcərlik" adlandırıb və muzeyin bağlanmasının lazım olduğunu deyib.
"Mən hesab edirəm ki, idarəedici orqanlar bu eksponatın kirpilərə qarşı qəddar münasibət olmasına diqqət yetirməlidir. Kirpilər kənd təsərrüfatı heyvanları hesab edilmir. Buna görə də onların öldürülməsi qanunsuzdur. Buna görə də "Erart" muzeyini cərimə etmək və hətta bağlamaq lazımdır" – deyə deputata bildirib.
Öz növbəsində heyvansevərlər eksponatı "psixoz" adlandırıblar.
Qeyd edək ki, "Erart" muzeyində "Vau-Moda" sərgisində "World of WearableArt" incəsənət müsabiqəsində göstərilən əsərlər nümayiş etdirilir. Layihənin finalı hər il Yeni Zelandiyanın paytaxtı Vellinqtonda keçirilir