Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin "Türk axını" barədə müjdə verdi

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqı və digər ölkələrin "Türk axını" layihəsində iştirakının yalnız təminat verilməsi halında mümkün olduğunu açıqlamışdı

BAKI, 25 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin İtaliyanın "Türk axını" qaz kəmərinə qoşulma imkanlarının araşdırıldığını deyib.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, Vladimir Putin İtaliyanın baş naziri Giuseppe Conte ilə görüşüb. 

Müslüm İbrahimov - Sputnik Azərbaycan
İqtisadçı: “Cənub Qaz Dəhlizi” Azərbaycanın mövqeyini gücləndirib”

Görüşdən sonra Putin Rusiyanın İtaliyanın "Türk axını" boru kəməri layihəsinə daxil olma imkanını qiymətləndirdiyini açıqlayıb.

Putin bildirib ki, bu, Bolqarıstan üzərindən ola bilər. Hətta Serbiya, Macarıstan və ya Yunanıstan üzərindən ola bilmə ehtimalı var.

Qeyd edək ki, daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqı və digər ölkələrin "Türk axını" layihəsində iştirakının yalnız təminat verilməsi halında mümkün olduğunu açıqlamışdı.

"Türk axını" Rusiyadan Qara dəniz vasitəsilə Türkiyəyə və Türkiyənin qonşu ölkələrlə sərhədinədək uzanacaq ixrac qaz kəməri layihəsidir. Kəmərin birinci xətti Türkiyə bazarının, ikinci kəməri də Cənubi və Cənub-Şərqi Avropa ölkələrinin qaz təchizatı üçün nəzərdə tutulub.

Xəbər lenti
0