Paytaxt və bölgə sakinlərinin diqqətinə!

© Sputnik / Murad OrujovЛюди на бакинском приморском парке
Люди на бакинском приморском парке - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu 24-29, dağlarda 18-20 dərəcə isti təşkil edəcək

BAKI, 25 oktyabr — Sputnik. Oktyabrın 25-i gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. 

Məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu 24-28 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında isə bu gün gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu 24-29, dağlarda 18-20 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0