Fransa ərəbləri sanksiya ilə hədələdi

© AP Photo / Thibault CamusParis şəhəri, arxiv şəkli
Paris şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Fransa hökumətinin rəsmi nümayəndəsi, həmçinin əlavə edib ki, hazırda bu işlə bağlı faktlar sübut olunmayıb

BAKI, 25 oktyabr — Sputnik. Fransa hökumətinin rəsmi nümayəndəsi Benjamen Qrivo bəyan edib ki, rəsmi Paris müxalif jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı Ər-Riyada qarşı yeni sanksiyalar tətbiq edəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Onun sözlərinə görə, əgər Qaşıqçının işi üzrə Ər-Riyadın günahı sübut olunsa onda Fransa Səudiyyə Ərəbistanına sanksiya tətbiq edə bilər.

Fransa hökumətinin rəsmi nümayəndəsi, həmçinin əlavə edib ki, hazırda bu işlə bağlı faktlar sübut olunmayıb.

Советник президента США по вопросам национальной безопасности Джон Болтон - Sputnik Azərbaycan
Bolton Bakıda Rusiyaya qarşı sanksiyalardan danışdı

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

Xəbər lenti
0