Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda 18 yaşlı tələbə evlərinə girən oğrunu öldürüb

CC BY-SA 2.0 / Erik Gregg / KnifeƏldə bıçaq, arxiv şəkli
Əldə bıçaq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda kombi oğrusu girdiyi evin sahibləri tərəfindən öldürülüb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 25 oktyabr — Sputnik. Bakıda ev sahibi evə girən oğrunu öldürüb. Bu barədə Sputnik Azərbaycan-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət hadisəsi Bayıl qəsəbəsində gecə saatlarında baş verib. 54 yaşlı Sakit Abdullayevə məxsus evdə Əhəd Həsənov öldürülüb. Həsənovun cəsədinə baxış zamanı onun bir neçə yerdən bıçaq zərbəsi aldığı müəyyən edilib. Araşdırma zamanı oğrunun necə qətlin qurbanı olduğu və bu hadisənin onu zərərsizləşdirənlərin əleyhinə işlədiyi müəyyənləşdirilib.

Həsənov burğacla (otvyorka) silahlanaraq sahiblərin yatdığı evə girib. Oğru kombi qızdırıcı aparatının qoyulduğu yeri əvvəlcədən təyin edib və ora yaxınlaşaraq kombini sökməyə başlayıb. Elə bu vaxt Sakit Abdullayev yuxudan oyanıb. Kişi yerindən qalxaraq tualetə gedib və orada kranda isti suyun olmadığını görüb. O, problemin nədən qaynaqlandığını ayırd etmək üçün kombi aparatına tərəf gedib. Orada naməlum şəxsin kombinin vintlərini necə tam gücü ilə açdığını görüb. Ev sahibi oğrunu zərərsizləşdirmək üçün öz oğlunu köməyə çağırıb. 

Нож в руке, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Şabran bazarında bıçaqlanma baş verdi

Həsənovsa bu zaman burğacı götürərək Sakit Abdullayevin üstünə cumub onun sol gözünü yaralayıb. Sonra o, Abdullayevi yerə uzadaraq bir-birinin ardınca ona burğacla zərbələr endirib. Abdullayevin köməyə gələn 18 yaşlı oğlu Faiq Abdullayev oğrunun qan içində olan atasını öldürməyə cəhd etdiyini görüb. Bu zaman həyəcanlanmış gənc bıçaq götürərək Həsənovu zərərsizləşdirib. F. Abdullayev nə etdiyinin fərqinə varanda, artıq gec olub, Həsənov ölüb.

Səbail RPİ Faiq Abdullayevi çox gözəl başa düşür və anlayır ki, o, oğrunu öldürmək istəməyib. Faiq hətta ağlına belə gətirməzdi ki, səhər o, oxuduğu doğma universitetinin divarları arasına deyil, istintaq təcridxanasının dəmir barmaqlıqları arasına düşəcək. Faktla bağlı ata və oğul Abdullayevlər saxlanılıb, lakin atanın azad ediləcəyi ehtimalı var.

O da müəyyən edilib ki, Həsənov əvvəllər narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkumluq həyatı yaşayıb. Faktla bağlı AR Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adamöldürmə) ilə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bu hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, oktyabrın 17-də DİN-in "102 – Zəng Mərkəzi"nə Bakı şəhər sakini olan bir yeniyetmə müraciət edib.

Yeniyetmə bildirib ki, həmin gün gecə saat 2 radələrində naməlum şəxs onların Bayıl qəsəbəsində yaşadıqları evdən oğurluğa cəhd göstərib. Oğru atası Sakitlə rastlaşdığından onu vuraraq qaçıb.

Bu məlumat daxil olandan dərhal sonra Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq əməliyyat tədbirlərinə başlanılıb. Oktyabrın 19-da saat 8 radələrində Səbail rayonunun A.İsmayılov küçəsində üzərində zorakılıq əlamətləri olan 40-45 yaşlı kişi meyiti tapılıb.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Səbail Rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşlarının birgə apardıqları araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhəd Həsənov olduğu müəyyənləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində Ə.Həsənovun Bayıl qəsəbəsindəki həmin evə oğurluq məqsədilə girdiyinə görə mənzilin sahibi Sakit Abdullayev və digər oğlu Faiq tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib. Araşdırmalarla S.Abdullayevin azyaşlı oğlunun "102 – Zəng Mərkəzi"nə də cinayətin izini itirmək məqsədilə zəng etydiyi məlum olub.

Qəsdən adam öldürməkdə şübhəli bilinən S.Abdullayev və F.Abdullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.

Polisin ehtimalına görə, Abdullayevlərin cinayəti gizlətməsi onların əleyhinə işləyib. Əslində onlar vaxtında polisə məlumat versəydilər və qətli özlərini müdafiə məqsədilə törətdiklərini etiraf etsəydilər, hüquq-mühafizə orqanlarından daha yüngül cəza ilə canlarını qurtara bilərdilər.

Xatırladaq ki, son dövrlərdə xüsusilə Bakının ətraf kənd və qəsəbələrində kombi oğrularının sayı həddindən çox artıb. Onlar xüsusilə bağ evlərinə soxularaq kombiləri oğurlayır və ucuz qiymətə satırlar.

Xəbər lenti
0