BAKI, 24 oktyabr — Sputnik. Nyu-Yorkda polis idarəsində qəribə hadisə baş verib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qadın və kişilər ortaq olaraq istifadə etdiyi soyunma otağında detektiv Viktor Falkon və çavuş En Mari Guera mübahisə edib.
© © FacebookEn Mari Guerra
En Mari Guerra
© © Facebook
Viktor Falkon 38 yaşlı rəhbərinin alt paltarını ortada qoymasından şikayətçi olduğu zaman heç gözləmədiyi bir reaksiya ilə qarşılaşıb.
En Mari Guera çox əsəbləşib, söyüş söyərək, alt paltarını kişi polisin ağzına soxmağa başlayıb. Falkon Gueradan şikayət etdiyi zaman isə hadisə daha da böyüyüb. Kişi polis qadının onu "Bir qız səni axtarmırsa buna səbəb cinsi orqanının kiçik olmasıdır" deyə təhqir etdiyini də dilə gətirib.