Əl-Qaidənin girov götürdüyü jurnalist azadlığa buraxıldı

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Suga jurnalistin həyat yoldaşına da məlumat verildiyini qeyd edib

BAKI, 24 oktyabr — Sputnik. Yaponiya 3 il əvvəl Suriyada girov götürülən jurnalist Jumpei Yasudanın sərbəst buraxıldığı barədə məlumat verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hökümət sözçüsü Yoshihide Suga təşkil etdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, Qətərli mənbələrdən aldığı məlumata görə, 3 il əvvəl Əl-Qaidə terror təşkilatı tərəfindən girov götürülən jurnalist Jumpei Yasudaya bənzəyən bir nəfər Türkiyənin Antakya bölgəsində miqrasiya bürosundadır. 

Səudiyyə Ərəbistanı İstanbul Baş konsulu Məhəmməd Uteybi - Sputnik Azərbaycan
Camal Qaşıqçı olayından yeni xəbər — Konsul qaçdı

Azad buraxılan şəxsin jurnalist Yasuda olduğunu müəyyən etmək üçün tədbirlər görüldüyünü deyən Suga bildirib ki, əldə olan məlumatlara görə, həmin şəxsin Yasuda olduğu ehtimalı böyükdür.

Suga jurnalistin həyat yoldaşına da məlumat verildiyini qeyd edib.

Xatırladaq ki, Ə-Qaidə Yapon jurnalisti azad buraxmaq üçün 10 milyon dollar pul istəmiş və Yaponya bu təklifi rədd etmişdi.

44 yaşlı Yasuda 2015-ci ildə Türkiyədən keçərək Suriyaya daxil olmuş və Əl–Qaidə tərəfindən girov götürülmüşdü.

Xəbər lenti
0