Əhaliyə təcili və kəskin xəbərdarlıq

© Sputnik / Rahim MuradovLənkəranda qar
Lənkəranda qar - Sputnik Azərbaycan
Abunə olmaq
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur

BAKI, 24 oktyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi haqqında xəbərdarlıq edir.

Жители столицы на Приморском бульваре в Баку - Sputnik Azərbaycan
Paytaxt və bölgələr üçün hava proqnozu

ETSN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında okytabrın 26-dan 27-si gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 26-dan 27-si gündüzədək hava şəraiti kəskin dəyişəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək aşağı enəcək. Arabir yağış yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı, dağlıq ərazilərdə qara keçəcəyi gözlənilir.

Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin bəzi yerlərdə güclənəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Xəbər lenti
0