Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dünya əhalisini böyük bəla gözləyir

CC0 / typographyimages / VirusBakteriyalar, arxiv şəkli
Bakteriyalar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
2050-ci ildə bu bakteriyalardan ölənlərin sayı xərçəng və şəkər xəstəliklərindən ölənlərin sayından çox olacaq.

BAKI, 24 oktyabr — Sputnik. Britaniyalı ekspertlər belə qənaətə gəliblər ki, yeni yaranan bakteriyalar antibiotiklərə qarşı dözümlü olacaq. Məhz ona görə də 2050-ci ildə bu bakteriyalardan ölənlərin sayı xərçəng və şəkər xəstəliklərindən ölənlərin sayından çox olacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, məhz buna görə də hətta adi əməliyyatlar təhlükəli olacaq. Artıq bu bakteriyalar tək Avropada 25 min ölümə səbəb olur. 30 il sonra isə bu rəqəm 10 milyona çatacaq.

Alimlərin fikrincə, bu bakteriyalara qarşı mübarizə güclənməlidir. Əks halda bir neçə ildən sonra insanları böyük fəlakət gözləyir.

Xəbər lenti
0