CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azəri Van Damm" özü və qalmaqallı veriliş barədə bilinməyən mətləbləri dilə gətirdi

© Instagram / azeri_vandam_officiallЖитель Загаталы Руслан
Житель Загаталы Руслан - Sputnik Azərbaycan
Abunə olmaq
"Mehriban Xanlarova əlilliyi olan bədbəxt bir cavanı dəstəkləmək istəmişdi"

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 24 oktyabr — Sputnik. Zaqatala rayonunun Çobankol kəndinin sakini, "Azəri Van Damm" ləqəbi ilə tanınmış Ruslan İsmayılov "Canım sizə desin" verilişində iştirak edəndən sonra sosial şəbəkələrdə istehza və təhqir obyektinə çevrilib. Sputnik Azərbaycan-a müsahibəsində bu gənc oğlan onu tənqid edənlərə cavab verib və özü haqda danışıb.

Azərbaycanlı "Van Damm" Zaqatala rayonunda aztəminatlı ailədə doğulub böyüyüb. O, uşaqlıqdan aktyor olmaq arzusu ilə yaşayıb, lakin maddi imkanları olmadığından bu istiqamətdə təhsil ala bilməyib.

Eyni zamanda, o, fiziki imkanları məhdud olan adamlardandır. Ruslanın üzünün bir hissəsi uşaqlıqdan iflic olub. Oğlan bu gün ən populyar qazanc üsulu olan yolu seçib — blogger olub. O, "Instagram" sosial şəbəkəsində öz səhifəsini yaradıb, lakin günlərin birində bu qədər populyar olacağını gözləməyib. Hazırda onun 36 mindən çox izləyicisi var.

"Mən həmişə Van Dammın filmlərinə baxmışam və aktyor olmaq istəmişəm, amma alınmayıb. Mənim dostum təklif etdi ki, qazanc əldə etmək üçün müxtəlif çarxlar çəkdirim və onları sosial şəbəkədəki səhifəmdə paylaşım" — o deyir.

"Videolarım insanların əhval-ruhiyyəsini qaldırır. Başa düşmürəm ki, bəzi insanlar niyə məni lağa qoyurlar?! Mən ki, pis iş görmürəm. Ən əsası, oğurluq etmirəm, öz zəhmətimlə pul qazanıram" — Ruslan əlavə edir.

Hazırda bir çox şirklətlər öz səhifəsində onların məhsullarını reklam etmək üçün "Azəri Van Damm"a müraciət edir. Ruslanın dediyinə görə, hələlik o, reklama görə 200-250 manat alır, amma gələcəkdə, populyarlığı artdıqca, qiymətləri qaldırmaq niyyətindədir.

Dediyinə görə, daha əvvəl Bakıda heç vaxt olmayıb. Bu dəfə bakılı dostlarına "yox" deyə bilməyib və paytaxtı ziyarət etmək qərarına gəlib.

Bakıda Ruslan əməkdar artist Mehriban Zeynalovadan onun "Canım sizə desin" verlişində iştirak etmək təklifi alıb. Verlişdə o, daha çox döyüş bacarıqlarını nümayiş etdirib. Oğlan verilişdəki çıxışının insanlar arasında belə rezonans doğuracağını və hamının onu gülüş hədəfinə çevirəcəyini heç gözləmirmiş.

"Mən Mehriban Xanlarovaya çox minnətdaram. O, sadəcə əlilliyi olan bədbəxt cavanı dərstəkləmək istəmişdi. Sizin verlişdə gördükləriniz sadəcə bir şou idi. Təəssüf ki, hamı bunu başa düşmədi. Çox təəssüflənirəm ki, onun verlişi mənə görə bağlandı" — Ruslan bildirir.

Müsahibimiz qeyd edir ki, həmişə ona hörmətlə yanaşanlara hörmət edib. Ruslan onu lağa qoyan, təhqir və tənqid edən insanlara cavab verməmək qərarına gəlib. Bunu artıq hesab edir. O, öz yolu ilə getməyə davam edəcək və müxtəlif mövzularda çarxlar çəkəcək. Hazırda Ruslanın ən böyük arzusu öz kumuri — amerikalı aktyor Jan Klod Van Dammla şəxsən tanış olmaqdır.

Xəbər lenti
0