BAKI, 23 oktyabr — Sputnik. İstanbulun Kadıköy səmtində həbsxanadan qaçan şəxs insanlara hücum edib. Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, Əli Kardaş adlı şübhəli 11 nəfəri bıçaqlayıb.
Hadisə İnönü küçəsində baş verib. Həbsxanadan qaçan 30 yaşlı Kardaş əvvəlcə qəssab dükanında 2 nəfəri yaralayıb. Ardınca küçəyə çaxan məhbus önünə çaxanları vurmağa başlayıb. Nəticədə 11 nəfər yaralanıb. Onlardan 4 nəfərinin vəziyyəti ağırdır.
Hadisə yerindən qaçmağa cəhd edən cinayətkarı polis təqib edib. Kardaş təqib zamanı yıxılaraq ayağını qırıb və həbs edilib.
İlkin məlumata görə, Əli Kardaş Afyon həbsxanasından qaçıb. O, oğurluq, insan yaralama, təhdid və s. kimi 6 maddə ilə ittiham olunub.