Aleksandra Zuyeva, Sputnik Azərbaycan
BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan KİV-ləri Solsberi insidenti, yaxud Suriyaya kimyəvi silahlarla hücum kimi səs-küyə səbəb olan hadisələrə toxunmamağa çalışır və onlarla bağlı hansısa analitik nəticələrə gəlməyə də tələsmir.
Bunu Sputnik Azərbaycan-a Azərbaycan KİV-lərinin Rusiya ilə bağlı hadisələrə nə dərəcədə obyektiv yanaşdığını şərh edərkən politoloq İlqar Vəlizadə deyib. Onun fikrincə, istər Suriyaya kimyəvi silahlarla hücum olsun, istər Solsberi məsələsi olsun, istərsə də Rusiya ilə bağlı digər səs-küylü məsələlər olsun, Azərbaycan KİV-ləri onlara öz münasibətini bildirməməyi üstün tutur.
Vəlizadənin sözlərinə görə, Azərbaycan KİV-ləri istənilən informasiyanı əsasən Rusiya KİV-lərindən alır. Hər hansı hadisə ilə bağlı istənilən xəbərin ilkin versiyası məhz Rusiya versiyasıdır. Sonra Qərb mənbələrinin versiyasına toxunulur və nəticədə hansısa analizlər meydana çıxır.
Politoloq əmindir ki, Azərbaycan KİV-ləri Solsberi insidenti, yaxud Suriyaya kimyəvi silahlarla hücum kimi səs-küyə səbəb olan hadisələrə toxunmamağa çalışır və onlarla bağlı hansısa analitik nəticələrə gəlməyə də tələsmir.
"Bizim KİV-lər daha çox münaqişə tərəflərinin bəyanatlarına istinad edir. Bu xüsusiyyəti nəzərə alsaq, onda əminliklə deyə bilərik ki, obyektivlik anı burada özünü qabarıq şəkildə göstərir" — deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib.
"Yerli müəlliflər öz materiallarında insidentin bütün tərəflərinin fikirlərinə yer verirlər və oxucuları hansısa tərəfə yönləndirmirlər. Hətta heç yekun xülasə də vermirlər. Onlar həmişə oxucunun hadisə barədə öz fikir və mülahizəsini yürütməsinə imkan yaradırlar" — deyə Vəlizadə əlavə edib.
Ekspertin sözlərinə görə, bu mənada Azərbaycan KİV-ləri Rusiya ilə bağlı olan bu və ya digər hadisələri kifayət qədər obyektiv və qərəzsiz işıqlandırır. Azərbaycan jurnalistlərinin bu istiqamətdə siyasi öhdəlikləri də əhəmiyyətsiz dərəcədə kiçik ölçüdədir.