BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov israilli həmkarı general-leytenant Qadi Ayzenkotun dəvəti ilə oktyabrın 23-də Tel-Əviv şəhərinə yola düşüb.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, rəsmi səfər çərçivəsində general-polkovnik N.Sadıkovun İsrailin müdafiə naziri, Baş Qərargah rəisi və digər rəsmi şəxslərlə görüşü, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi nəzərdə tutulub.