BAKI, 23 oktyabr — Sputnik. "Badamdar 20 ci sahə yolunun sağ kənarındakı sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə nisbi gərginlik qalmaqdadır". Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.
Məlumata görə, sürüşmə sahəsi üzərində xırda uçqun prosesləri davam edir. Sürüşmə sağ və sol hissəsində qeydə alınan çatların parametrlərində nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.
Qeyd edək ki, Badamdar 20 ci sahə yolunun sağ kənarındakı sürüşmə zonasında gərginlik ayın birinən müşahidə edilib. Oktyabrın 12-də sürüşmə baş verib, evlərin divarlarında müxtəlif ölçülü çatlar əmələ gəlib.
İstinad divarının bir hissəsi yerindən qopub.
Məlumata görə, 11 fərdi ev və 3 obyekt var. Ərazidə yaşayan sakinlər köçürülüb. Sürüşmə zonasında gərginlik davam edir.