Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycan caz musiqisi gecəsində gənc ifaçılar məharətlərini göstəriblər

Abunə olmaq
Payızın musiqi bayramı davam edir. Oktyabrın 22-də isə gənc azərbaycanlı caz musiqiçiləri dinləyiciləri feyzyab ediblər.

Beynəlxalq Caz Festivalı çərçivəsində "Rotunda Jazz Club"-da Azərbaycan musiqisi gecəsi təşkil olunub. Bu dəfə də Azərbaycanın gənc və istedadlı ifaçıları — Nurlan Abdullazadə, Əfqan Rəsulun triosu və Elvin Bəşirovun qrupu — öz məharətlərini göstəriblər. Onlar həm dünyaca tanınmış caz kompozisiyalarını, həm də Azərbaycanın musiqi incilərini təqdim ediblər.

Qeyd edək ki, bu dəfə də festivalın proqramı olduqca genişdir. Cazsevərlərin bayramında 14 ölkəni təmsil edən qruplar çıxış edir. Axşam konsertlərindən sonra tanınmış caz ustalarının və gənc ifaçıların iştirakı ilə cem-seşnlər təşkil olunur. Caz bayramı sadəcə musiqi ilə məhdudlaşmır. Çünki festival tədbirlərinə müxtəlif müsabiqə, sərgi və film təqdimatları da daxildir.

Qeyd edək ki, oktyabrın 28-dək davam edəcək festival Mədəniyyət Nazirliyi və "Caz dünyası" jurnalının təşkilati dəstəyi ilə keçirilir.

 

Xəbər lenti
0