Məşhur milyarderin evini partlatmaq istəyiblər

© AFP 2024 / Brendan SmialowskiАмериканский миллиардер Джордж Сорос
Американский миллиардер Джордж Сорос - Sputnik Azərbaycan
Abunə olmaq
Sorosun hadisə baş verən vaxt evdə olmadığı qeyd olunur

BAKI, 23 oktyabr — Sputnik. ABŞ hüquq-mühafizə orqanları amerikalı milyarder, iş adamı Corc Sorosun evinin poçt qutusunda partlayıcı qurğu aşkarlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The New York Times" nəşrinə Beford şəhərinin "Westchester" rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Yerli polisdən bildirilib ki, partlayıcı qurğunun olduğu paketi Sorosun Beforddakı iqamətgahının işçisi tapıb. O, paketi insanların olmadığı əraziyə aparıb və daha sonra bu barədə yerli hüquq-mühafizə orqanlarına məlumat verib.

Nəşr yazır ki, hadisə yerinə gəlmiş mütəxəssislər qurğunu partladıblar. Sorosun hadisə baş verən vaxt evdə olmadığı qeyd olunur.

Bildirək ki, daha əvvəl Soros Fondunu seçkilərdə müdaxilə etməkdə şübhəli bilərək Macarıstanın paytaxtı Budapeştdən qovublar.

Xəbər lenti
0