Türkiyədə fərari əsgər insanları girov götürdü - VİDEO

CC0 / afa63630 / gaziantepГазиантеп, фото из архива
Газиантеп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Təhlükəsizlik qüvvələri əməkdaşları əsgərlə danışıqlara gedərək onu saxlayıb

BAKI, 22 oktyabr — Sputnik. Türkiyənin Qaziantep şəhərində yerləşən hərbi hissədən qaçan silahlı əsgər alış verim mərkəzində işləyən şəxsləri girov götürüb. Sputnik Azərbaycan "Son Dakika"ya istinadən xəbər verir ki, fərari hərbçi "G3" markalı piyada tüfəngi ilə insanları girov götürüb.

Dərhal ticarət mərkəzində giriş-çıxış bağlanıb, hadisə yerinə çox sayda polis, jandarma qüvvələri, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Təhlükəsizlik qüvvələri əməkdaşları insanları girov götürən şəxsi fərari əsgərlə danışıqlara gedərək onu saxlayıb.

Xəbər lenti
0