Qalaktika vahid cazibə mərkəzi ətrafında dövr edən nəhəng ulduzlar, ulduz qalıqları, ulduzlararası qaz, toz və qara materiya sisteminə verilən addır. Tipik qalaktikada on milyondan bir trilyona qədər ulduz olur. Günəş sisteminin daxil olduğu, yəni bizim qalaktika Süd Yolu adlanır.
Hələ ən qədim zamanlardan, insanları aydın və Aysız gecə göyündə şimaldan cənuba doğru uzanan işıqlı bir zolağın möcüzəli görünüşü həmişə maraqlandırıb.
Qədim yunanlar bu işıqlı zolağı Süd yolu, “gaxies” adını veriblər.
Spiral qalaktikalar əsrarəngiz gözəl görünüşə malikdirlər. Yer kürəsinin müxtəlif nöqtələrində Süd yolunu daha yaxşı görmək mümkündür. Ekvator yaxınlığında bu, daha çox özünü büruzə verir.
Sputnik Azərbaycan bu sirli və füsunkar kosmik obyektin müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərini sizə təqdim edir.