Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İqtisadçı: “Qida sektorunda sahibkarlar bir sıra normalara əməl etmirlər”

© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Elşən Bağırzadə deyir ki, qida sektorunda kiçik sahibkarlığın geniş yayılması bir tərəfdən yaxşı olsa da, amma normalara əməl etmək, yüksək standartlar tətbiq etmək baxımından mənfi təsir göstərir

Elşən Bağırzadə: “Dövlət bu istiqamətdə müəyyən güzəştlər tətbiq edə bilər”
“Qida Təhlükəsizliyi Agentliyi (QTA) tərəfindən 1 iyul 2018-ci il tarixindən etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılmasına başlanılıb. Təəssüf ki, qeydiyyatın başlamasından xeyli vaxt keçməsinə və prosedurun kifayət qədər asan olmasına baxmayaraq, qida məhsulları sahəsində fəaliyyət göstərən bir çox sahibkarlıq subyektləri müəyyən olunmuş vaxt çərçivəsində qeydiyyatdan keçmək üçün müraciət etməyib”. Bu barədə QTA açıqlama yayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a deyir ki, ölkəmizdə bu problemin əsas səbəblərindən biri qida sektorunda fəaliyyət göstərən şirkətlərin oturuşmuş olmamasıdır: 

“Bunlar uzun müddət bu sahədə fəaliyyət göstərən şirkətlər deyil. Burada söhbət təkcə istehsalçılardan yox, eyni zamanda xidmət sahələrindən gedir. Müəyyən qədər bunlara hazırlıq imkanı vermək olardı. Çünki bizdə bu sahə o qədər də stabil deyil. Ölkəmizdə qida sektorunda olan bir sıra normalara da əməl olunmur. Qida sektorunda kiçik sahibkarların geniş yayılması bir tərəfdən yaxşı olsa da, amma normalara əməl etmək, yüksək standartlar tətbiq etmək baxımından mənfi təsir göstərir. Ona görə də dövlət bu istiqamətdə müəyyən güzəştlər tətbiq edə bilər”. 

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0