Qərar verildi – Rusiya Ukraynaya sanksiya tətbiq edir

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Ukrayna Rusiya vətəndaşları və şirkətlərinə qarşı sanksiyaları dayandırsa onda Rusiya xüsusi iqtisadi tədbirləri ləğv edəcək

BAKI, 22 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Ukraynanın rusiyalılara qarşı qeyri-dost hərəkətləri ilə bağlı bu ölkəyə qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq olunması ilə bağlı sərəncam imzalayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Qeyd olunur ki, bu Ukraynanın Rusiya Federasiyası vətəndaşları və fiziki şəxslərinə qarşı qeyri-dostyana və beynəlxalq normalara zidd addımlarına cavabdır.

Bildirilir ki, əgər Ukrayna Rusiya vətəndaşları və şirkətlərinə qarşı sanksiyaları dayandırsa onda Rusiya xüsusi iqtisadi tədbirləri ləğv edəcək.

Xəbər lenti
0