CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Noyabrda dalbadal bir neçə gün iş olmayacaq

© Sputnik / Anar MustafayevКалендарь на 2018 год
Календарь на 2018 год - Sputnik Azərbaycan
Abunə olmaq
Noyabrın 12-də Konstitusiya günü, 17-də isə Milli Dirçəliş günü qeyd edilsə də, həmin günlər iş günü hesab olunur

BAKI, 22 oktyabr — Sputnik. Noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı günü qeyd edildiyindən, həmin gün qeyri-iş günü olacaq.

Sputnik Azərbaycan Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, 9 noyabr həftənin cümə gününə təsadüf edir.

Qeyd edək ki, Əmək Məcəlləsinin 105-ci (Bayram günləri) maddəsinin və Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, noyabrın 9-u qeyri-iş günüdür. Noyabrın 10-u şənbə, 11-i bazar gününə təsadüf etdiyindən ölkədə ardıcıl 3 gün qeyri-iş günü olacaq.

Xatırladaq ki, noyabrın 12-də Konstitusiya günü, 17-də isə Milli Dirçəliş günü qeyd edilsə də, həmin günlər iş günü hesab olunur.

Xəbər lenti
0