Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın reytinqi “Stabil” səviyyədə təsdiqləndi

© AP Photo / Junji KurokawaTreyder reytinq lövhələrindən qeydlər apararkən, arxiv şəkli
Treyder reytinq lövhələrindən qeydlər apararkən, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Agentlik qarşıdakı 12 ayda Azərbaycanın reytinqinin sabit olacağını proqnozlaşdırıb

BAKI, 22 oktyabr — Sputnik. Avropa Reytinq Agentliyi (ERA) Azərbaycanın uzunmüddətli kredit reytinqini "BB+" səviyyəsində müəyyən edib.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bu barədə ERA-nın yaydığı məlumatda bildirilir.

Вид на комплекс Flame Towers в Баку - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Beynəlxalq reytinq agentliyi Azərbaycanla bağlı vacib açıqlama yaydı

Qurum uzunmüddətli reytinqin proqnozunu isə “Stabil” olaraq təsdiqləyib. Başqa sözlə, agentlik qarşıdakı 12 ayda Azərbaycanın reytinqinin sabit olacağını proqnozlaşdırıb.

ERA-nın qiymətləndirməsinə görə, bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı 1,5%, gələn il isə 2,1% təşkil edəcək. Mütəxəssislər 2018-ci ildə nominal ÜDM-in həcmini 44,1 mlrd. ABŞ dolları, 2019-cu ildə isə 47,441 mlrd. dollar səviyyəsində proqnozlaşdırır.

Bu proqnozlar 2018-2019-cu illərdə neftin orta qiymətinin 60-70 dollar səviyyəsinə əsaslanaraq tərtib edilib. Agentlikdə hesab edirlər ki, bu qiymət neft sektorunda ümumi iqtisadi effektivliyin daha da yüksəlməsinə imkan verəcək. Agentliyin proqnozlarına görə, 2018-2019-cu illərdə Azərbaycanda neft hasilatı 39,8-40 mln. ton olacaq.

“İqtisadiyyatın artımına bu ilin yanvar-avqust aylarında qeyri-neft sənayesində 10%-lik böyümə dəstək verib. Xarici ticarət dövriyyəsində müsbət saldo Azərbaycanın valyuta ehtiyatlarının artmasına səbəb olub. Xarici valyutada ödəmə qabiliyyətinin daha da güclənəcəyi gözlənilir. Yanvar-avqust aylarında inflyasiya 2,7% təşkil edib, manatın məzənnəsinin sabitləşməsi milli valyutaya təzyiqin azalacağından xəbər verir”, — deyə məlumatda qeyd olunub.

Məlumatda o da bildirilir ki, 2018-ci ildə Azərbaycanda orta illik inflyasiya 5,9%, gələn il isə 5,7% təşkil edəcək.

Ümumiyyətlə agentliyin mütəxəssisləri hesab edir ki, iqtisadiyyatda islahatlar Azərbaycanda ÜDM-in artımını sürətləndirəcək.

Xəbər lenti
0