Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Badamdar sakinləri üçün daha bir bəd xəbər gəldi - RƏSMİ

© Sputnik / Irade JELILBadamdarda süşürmə zonasındakı vəziyyət. 19 oktyabr 2018-ci il
Badamdarda süşürmə zonasındakı vəziyyət. 19 oktyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Sürüşmənin qaş hissəsində kəsilmiş yamacda yeraltı suların əlamətləri qeydə alınıb

BAKI, 21 oktyabr — Sputnik. Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahın məlumatında deyilir.

"Sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmənin qaş hissəsində kəsilmiş yamacda asılı vəziyyətdə qalan süxur kütləsinin yamac boyu hərəkəti müşahidə edilir. Sürüşmənin qaş hissəsində kəsilmiş yamacda yeraltı suların əlamətləri qeydə alınıb. Bu da sürüşmənin aktivliyinin göstəricisidir. Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda qismən genişlənmə müşahidə olunub. Sürüşmənin təsir dairəsində divarlarda quraşdırılmış  mayaklarda dinamik dəyisiklik qeydə alınmayıb", — deyə məlumatda qeyd olunub.

Xəbər lenti
0