Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Polad Bülbüloğlu Moskvada “Azərbaycanın payız sovqatları”ndan danışır

© Sputnik / Murad OrujovПолад Бюльбюль-оглы, Чрезвычайный и Полномочный Посол Азербайджанской Республики в Российской Федерации
Полад Бюльбюль-оглы, Чрезвычайный и Полномочный Посол Азербайджанской Республики в Российской Федерации - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyir ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) Azərbaycan pavilyonunun bərpası yaxşı təşəbbüs idi

Polad Bülbüloğlu: “Pavilyonumuzun fəaliyyətə başlaması bizi çox sevindirəcək”
“Moskvalılara böyük sevgi və ehtiram ruhunda təşkil olunan bu sərgi Moskva ilə Azərbaycan arasında iqtisadi münasibətlərin gələcək inkişafına güclü təkan verəcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada “Azərbaycanın payız sovqatları” şəhərciyinin açılışında jurnalistlərə deyib. 

Polad Bülbüloğlu Azərbaycan Moskva sakinlərinin tələbatının ödənilməsi üçün kifayət qədər ərzaq məhsulları istehsal edir: “Bu sərgi Azərbaycan təşkilatlarının Rusiya paytaxtı ilə sıx əməkdaşlığı üçün əlavə stimul olacaq. Onu da qeyd edim ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) Azərbaycan pavilyonunun bərpası Moskva meri Sergey Sobyaninin şəxsən irəli sürdüyü və hörmətli Prezidentimiz İlham Əliyevə təqdim etdiyi yaxşı təşəbbüs idi. Hazırda bu işlər demək olar ki yekunlaşıb və binanın daxili tərtibatı aparılır. Biz meriya ilə pavilyonun açılışını gələn il, bahar ərəfəsində keçirməyi nəzərdə tuturuq. XTNS-ə gələnlərin sayı çoxdur və burada Azərbaycan pavilyonunun yenidən fəaliyyətə başlaması bizi çox sevindirəcək. Binanın istifadəyə verildiyi ötən əsrin 50-ci illərindəki görkəmi, o cümlədən bütün memarlıq üslubu və mozaikası qorunub saxlanılıb”.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və Moskva hökumətinin təşkilatçılığı, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi ilə oktyabrın 17-dən 21-dək Moskvanın Tver meydanında “Azərbaycanın payız sovqatları” adlı şəhərcik fəaliyyət göstərəcək.

Polad Bülbüloğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0