CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədən külli miqdar valyuta çıxarılmasının qarşısı alındı

© Sputnik / Mikhail Kutuzov / Mediabanka keçidABŞ dollarları
ABŞ dollarları - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan sonra vətəndaş gömrük və pasport nəzarətindən keçərək steril zonaya daxil olub

BAKI, 20 oktyabr — Sputnik. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Bakı-Urumçi aviareysilə getmək istəyən Rusiya Federasiyası vətəndaşı "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçib, lakin baqajında və üzərində olan, əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük qanunvericiliyinin tələbinə əsasən gömrük orqanının müəyyən etdiyi yerdə, yəni "Qırmızı kanal" buraxılış sistemindən istifadə etməklə gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib.

Здание Государственного Таможенного Комитета в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gömrük Komitəsindən poçt idarələrinə ağlasığmaz ittiham

Bundan sonra vətəndaş gömrük və pasport nəzarətindən keçərək steril zonaya daxil olub. Burada onun baqajı rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Daha sonra həmin şəxsin şübhə doğuran çantası təkrar yoxlanılıb. Yoxlama zamanı, çantada olan sellofan paketdəki corabın içində əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan və ya gömrük nəzarətindən gizlədilən 154 ədəd — hər biri 100 ABŞ dolları nominalında əsginas olmaqla, cəmi 15.400 ABŞ dolları aşkar edilib.

Vətəndaşın üzərində valyuta olub-olmadığı soruşulduqda isə o, 100 ədəd — hər biri 100 ABŞ dolları nominalında əsginas olmaqla, cəmi 10.000 ABŞ dollarını gödəkçəsinin cibindən çıxararaq gömrük nəzarətinə təqdim edib. Ümumilikdə, vətəndaşdan 25400 ABŞ dolları aşkarlanıb.

Xəbər lenti
0