BAKI, 20 oktyabr — Sputnik. Səudiyyə Ərəbistanında sənətçi İman Kasti Ər-Riyadda minlərlə insan qarşısına çıxan ilk qadın sənətçi olub.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, İman Kasti açıqlamasında deyib ki, pianonu sevir: "Çünki o mənə zövq verir. Anam da musiqi sahəsində olduğu üçün həmişə musiqiçilərin əhatəsində olmuşam. Anam mənə balaca yaşlarından musiqi alətlərində çalmağı öyrədib. Atam isə musiqi məktəbinə getməyə dəstək oldu. Bizim kimi gənclərin dəstəyə ehtiyacı var. Belə olan halda biz inkişaf edə bilərik”.