Ərəb ölkəsində qadağa: Qadınlarınn üzünü bağlamasına "yox" dedilər

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidNiqablı qadın
Niqablı qadın - Sputnik Azərbaycan
Abunə olmaq
Narazılar arasında dövlət məktəblərinin müəllimləri var

BAKI, 20 oktyabr — Sputnik. Əlcəzair hökuməti qadınlara işdə niqab örtməyi qadağan edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə, qadağa şəxsiyyəti gizlədən bütün geyimlərə aid edilir. Dövlət Mülki Müdafiə Şöbəsi işçiləri təhlükəsizlik tələblərinə cavab vermədiyinə görə bu qadağanı yerinə yetirməyə çağırıb.

Yerli mətbuatın məlumatına görə, bu qərar Əlcəzairdə birmənalı qarşılanmayıb. Bəziləri bu fikirləri tənqid etsə də, bəziləri hakimiyyətin qərarını dəstəkləyib.

Narazılar arasında dövlət məktəblərinin müəllimləri var.

Xəbər lenti
0