CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürüşmə zonasında vəziyyət yaxşıya doğru dəyişmir

© Sputnik / Irade JELILЗона оползней на Баилово
Зона оползней на Баилово - Sputnik Azərbaycan
Abunə olmaq
Sürüşmənin sol qanadında əmələ gəlmiş çatların ölçüləri genişlənib

BAKI, 20 oktyabr — Sputnik. Badamdar sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən aktivlik davam etməkdədir.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, sürüşmə kütləsi üzərində kütlənin xırda hissəciklərinin uçqun tipli hərəkəti qeydə alınıb və sürüşməniin üst hissəsində uçqunlar baş verib.

Sürüşmənin sol qanadında əmələ gəlmiş çatların ölçüləri genişlənib. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılan mayaklarda isə dəyişiklik baş verməyib. 

Xəbər lenti
0