BAKI, 20 oktyabr — Sputnik. Bu gün səhər saatlarında Badamdar sürüşmə zonasındakı çatlarda artım qeydə alınıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah məlumat yayıb.
Qərargahdan bildirilib ki, sürüşmə zonasında saat 9:00-a olan monitorinqlərin nəticəsinə əsasən sahədəki çatlarda artım qeydə alınıb. Sürüşmə zonasının sağ və sol hissəsində isə yeni çatlar müşahidə edilib.
Qeyd edək ki, Badamdarda 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə ETSN tərəfindən Qərargah yaradılıb.