Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünyanı qorxudan proqnoz – ABŞ iqtisadiyyatı çökəcək

© AFP 2024 / TIMOTHY A. CLARYNyu-York şəhəri, ABŞ
Nyu-York şəhəri, ABŞ - Sputnik Azərbaycan
Abunə olmaq
Üç illik perspektivdə ehtimal artıq 80%-dən yuxarı olacaq

BAKI, 20 oktyabr — Sputnik. ABŞ iqtisadiyyatı yaxın iki ildə 60% ehtimalla resessiyaya uğrayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bloomberg" nəşri "JPMorgan"-ın hesablamalarına istinadən xəbər verir.

İl ərzində analitiklər ABŞ-da resessiyaya ehtimalını 28% qiymətləndirilib. Üç illik perspektivdə ehtimal artıq 80%-dən yuxarı olacaq.

"JPMorgan"-ın ekspertləri istehlakçılar və biznesin inamı, kişilərin əmək bazarında iştirakı, uzunmüddətli istifadə üçün məhsullara tələbat və ÜDM-də tikintinin payı kimi faktorları nəzərə alıb. Nyu-York Federal Ehtiyat Bankının hesablamalarına əsasən, bir il sonra resessiya ehtimalı 14,5% olacaq.

Xəbər lenti
0