BAKI, 19 oktyabr — Sputnik. İtaliyada antik Roma bölgəsində tapılan məzarın birində 10 yaşlı qız uşağının qalıqları aşkar edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 min il əvvələ aid olan kəllə sümüyünə əsasən qızın vampir olduğu deyilir.
Məhz buna görə də, qızın yenidən “dirilməməsi” və xəstəliyinin yayılmaması üçün insanlar bəzi qabaqlayıcı tədbirlər görüblər. Belə ki, ölən qızın ağzına iri daş qoyulub. O zaman belə inam olub ki, daş xəstəliyi bədəndə saxlayacaq və onun yayılmasının qarşısını alacaq.
Arxeoloq David Soren deyib ki, ilk dəfədir belə halla rastlaşıb: “Bu çox ürküdücüdür. Xalq buna “Luqnanonun Vampiri” deyir. Eyni zamanda, biz bu günə kimi qazdığımız qəbirlərdə qurbağa, it sümükləri tapmışıq, hətta 3 yaşlı qızın əllərinə və ayaqlarına daş qoyulduğunun şahidi olmuşuq. Qəbirlərdə hətta xüsusi cadu üçün istifadə edilmiş əşyalar da tapılıb. Bu da burada yaşayanların fərqli mədəniyyətə sahib olduğunu göstərir. Qarşıda olan qəbirlərdə nələr tapılacaq, bunu zaman göstərəcək”.