Putin böyük təhdiddən danışdı: “Əməliyyatı buna görə başladıq”

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
"Terrorizm təbii ki, bizim ölkəmiz üçün də böyük təhdiddir"

BAKI, 19 oktyabr — Sputnik. “Rusiya demək olar ki, Suriyanın bütün ərazisini azad edib və dövlətin dağılmasının qarşısını alıb”. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Valday" diskussiya klubunun iclasında sualları cavablandırarkən bildirib.

"Birincisi, biz praktiki olaraq Suriya Respublikasının 95%-ni azad etdik. İkincisi, orda dövlətçiliyi qoruduq, dövlətin dağılmasının qarşısını aldıq" – deyə Putin qeyd edib.

Putin eyni zamanda qeyd edib ki, Rusiya Suriyada əməliyyatlara terrorizm təhdidlərinə görə başlayıb: "O (terrorizm), təbii ki, bizim ölkəmiz üçün də böyük təhdiddir. Məhz buna görə də, biz Suriyada aktiv əməliyyatlara başladıq. Terrorizm bizim qonşu ölkələrə, həmçinin Əfqanıstan üçün ciddi təhdiddir".

Xəbər lenti
0