Müzakirədə "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov, "Sürücülərin təhsilinə yardım" İctimai Birliyinin sədri Fazil Məmmədov və ictimai nəqliyyat üzrə mütəxəssis Hüseyn Abdullayev iştirak ediblər.
Azər Allahverənov sürücülərin müntəzəm təlimlərə göndərilməli olduğunu və onların ixtiyarında olan avtobusların mütləq istismara yararlı halda olmasının vacibliyini vurğulayıb.
Hüseyn Abdullayev isə Bakı nəqliyyat şəbəkəsində çatışmayan infrastrukturlardan danışıb. Onun fikrincə, marşrut şəbəkəsi mütləq yenidən qurulmalı, bundan əlavə ayrılmış zolaqlar, məlumatlandırma sistemi və inteqrasiya edilmiş bilet sistemi yaradılmalıdır.