Şimal bölgəsində kəndlilər qəribə etiraz üsuluna əl atıblar

© Sputnik / Leyla AbdullayevaBağ sahibləri bazar qiymətinin aşağı olmasına etiraz edərək alma bağlarını məhv edirlər
Bağ sahibləri bazar qiymətinin aşağı olmasına etiraz edərək alma bağlarını məhv edirlər - Sputnik Azərbaycan
Abunə olmaq
Nazim Məmmədov almanın qiymətinin aşağı olmasına qəzəblənərək, 10 hektara yaxın olan 20 illik alma bağını məhv edib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. Bu il şimal bölgəsindəki alma bağlarında ötən illərə nisbətən məhsul çox yüksəkdir. Məhsuldarlığın bol olması bağ sahiblərinin ürəyincə olsa da, qiymətin aşağı olması heç də onların ürəyincə deyil. Belə ki, bəzi bağ sahibləri bazar qiymətinin aşağı olmasına etiraz edərək alma bağlarını məhv etmək qərarına gəliblər.

Xaçmaz rayon Arzu kənd sakini Nazim Məmmədov almanın qiymətinin aşağı olmasına qəzəblənərək, 10 hektara yaxın olan 20 illik alma bağını məhv edib. O, alma ağaclarını traktorla kökündən çıxarıb.

© Sputnik / Leyla AbdullayevaAlma
Alma - Sputnik Azərbaycan
1/3
Alma
© Sputnik / Leyla AbdullayevaBağ sahibləri bazar qiymətinin aşağı olmasına etiraz edərək alma bağlarını məhv edirlər
Bağ sahibləri bazar qiymətinin aşağı olmasına etiraz edərək alma bağlarını məhv edirlər - Sputnik Azərbaycan
2/3
Bağ sahibləri bazar qiymətinin aşağı olmasına etiraz edərək alma bağlarını məhv edirlər
© Sputnik / Leyla AbdullayevaXaçmaz rayon Arzu kənd sakini Nazim Məmmədov
Xaçmaz rayon Arzu kənd sakini Nazim Məmmədov - Sputnik Azərbaycan
3/3
Xaçmaz rayon Arzu kənd sakini Nazim Məmmədov
1/3
Alma
2/3
Bağ sahibləri bazar qiymətinin aşağı olmasına etiraz edərək alma bağlarını məhv edirlər
3/3
Xaçmaz rayon Arzu kənd sakini Nazim Məmmədov

Sputnik Azərbaycan-ın bölgə müxbirinə açıqlama verən Nazim Məmmədov alma bağında yüksək məhsuldarlığın olmasına baxmayaraq, gəlir əldə edə bilməməsinə qəzəbləndiyini bildirib. "Mən 20 ildir ki, bu işlə məşğul oluram. İlboyu ailəmi buradan gələn gəlir ilə dolandırıram. Bu il məhsuldarlığın bol olması ürəyimcə olsa da, almanın kiloqramının 0.25 azn olması ümidlərimizi puç etdi. Bu səbəbdən ağacları traktorla kökündən çıxartdım".

"Alma ağaclarının yerinə isə yonca əkəcəm. Bəlkə heç olmuş ümidlərimi yonca bitkisi doğrulda bildi" —deyə kəndli vurğulayıb.

Xəbər lenti
0