SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: "Türkiyənin gücü bizim gücümüzdür"

© Official website of President of Azerbaijan RepublicAzərbaycan prezidenti İlham Əliyev Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun açılış mərasimində çıxış edir
Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin İzmir şəhərində Star neft emalı zavodunun açılış mərasimində çıxış edir - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun açılış mərasimində çıxış edib

BAKI, 19 oktyabr — Sputnik. "Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyev bir qrup şəxsi mükafatlandırdı

Prezident çıxışında ötən gün Azərbaycanın Müstəqillik Gününün qeyd olunduğunu və bu müstəqilliyi ilk tanıyan ölkənin Türkiyə olduğunu bildirib: "Dünən biz Azərbaycanda müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd etdik. Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyə olub. Bu tarix çox şərəfli tarixdir. O gündən bu günə qədər biz daim bir yerdəyik. Siyasi əlaqələrimiz ən yüksək zirvəyə qalxıb. İqtisadi sahədə çox böyük işlər görmüşük. Həm Türkiyə, həm Azərbaycan iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdir".

İlham Əliyev fürsətdən istifadə edərək, qardaş türk xalqını Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş bütün uğurlar münasibətilə təbrik edib: "Türkiyə Prezident Ərdoğanın liderliyi sayəsində dünya miqyasında böyük gücə çevrildi. Türkiyə dünya miqyasında söz sahibidir. Bölgədə və dünyada Türkiyə ilə hesablaşırlar, Türkiyənin mövqeyi bir çox hallarda həlledici rol oynayır. Bu, bizi çox sevindirir. Çünki Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında qardaşlıq, həmrəylik nümunəsi göstərirlər. Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olsunlar. Bu, bizim böyük sərvətimizdir. Məhz bu dostluq, qardaşlıq duyğuları əsasında biz nəhəng layihələri gerçəkləşdiririk".

© Official website of President of Azerbaijan RepublicAzərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Star" neft emalı zavodunun açılış mərasimində. İzmir, 19 oktyabr 2018-ci il
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Star neft emalı zavodunun açılış mərasimində. İzmir, 19 oktyabr 2018-ci il - Sputnik Azərbaycan
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Star" neft emalı zavodunun açılış mərasimində. İzmir, 19 oktyabr 2018-ci il

"Star Rafineri"nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcək" — deyə dövlət başçısı vurğulayıb.

Prezident bildirib ki, bu, Azərbaycanın xaricə qoyduğu ən böyük yatırımdır: "Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması — bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihələrdir. Burada artıq qeyd edildi ki, biz qardaş ölkələrin iqtisadiyyatına böyük sərmayə yatırmışıq. Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq".

Xatırladaq ki, oktyabrın 19-da İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimi baş tutub.

Xəbər lenti
0