Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “İctimai nəqliyyatdakı problemlərin tez zamanda həlli mümkünsüzdür”

Abunə olmaq
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyir ki, ictimai nəqliyyatda sürücülük edən şəxslərin qeyri-peşəkar olması çox ağrılı məqamdır

Azər Allahverənov: “Bəzi məsələlərin tez zamanda həlli mümkünsüzdür”
“İctimai nəqliyyatın bir sıra məsələləri xüsusi aktullığı ilə səciyyələnir”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində tədbirdə “Həyat” nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyib.

Ekspert bildirib ki, bəzi məsələlər var ki, onların tez zamanda aradan qaldırılması mümkünsüzdür: “Həmin məsələlərlə bağlı vahid yanaşma ortaya qoyulmalıdır. Çünki bu məsələlər bir başa olaraq hamımıza toxunur. Bu gün ictimai nəqliyyatda sürücülük edən şəxslərin bir çox hallarda qeyri-peşəkar olması ağrılı məqamdır. İstərdik ki, Azərbaycanda avtobus sürücülərinin bir bankı yaradılsın. Bu bankda sürücülərin peşəkarlığı, təcrübələri göstərilsin. Düşünürəm ki, belə bir bankın mövcudluğu sürücülər arasında rəqabət yaradacaq”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev ictimai nəqliyyatda vəziyyətlə bağlı müvafiq qurumlar tərəfindən təftiş aparılmalı olduğunu bəyan edib. 

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0