Ermənistanda yeni baş nazir seçkisi ilə bağlı ziddiyətli xəbərlər dolaşır

© virtualkarabakh.azErmənistan parlamenti
Ermənistan parlamenti - Sputnik Azərbaycan
Abunə olmaq
Lakin belə bir iclasın keçiriləcəyinə dair rəsmi məlumat yalnız parlament sədri müvafiq qərar verdikdən sonra qəbul ediləcək

BAKI, 19 oktyabr — Sputnik. Ermənistan parlamentinin ölkənin yeni baş nazirini seçməli olduğu iclasın tarixi açıqlanıb. Sputnik Ermənistan xəbər verir ki, iclas böyük ehtimalla oktyabrın 24-də keçiriləcək.

Лидер пропорционального списка партии Процветающая Армения (ППА) Вардан Осканян - Sputnik Azərbaycan
Ermənistanın sabiq xarici işlər nazirinin ölkədən çıxışına qadağa qoyuldu

Ermənistan Konstitusiyasına əsasən baş nazir seçkiləri əvvəlki hökumət başçısının istefa verməsindən 7 gün sonra keçirilməlidir. Parlamentdən bildirilib ki, Nikol Paşinyanın baş nazir postundan oktyabrın 16-sa istefa verdiyi nəzərə alınsa, onda 7 günlük müddət oktyabrın 23-də başa çatır.

Lakin belə bir iclasın keçiriləcəyinə dair rəsmi məlumat yalnız parlament sədri müvafiq qərar verdikdən sonra qəbul ediləcək. Ermənistan qanunvericiliyinə əsasən, seçkilər hökumət başçısının istefasından 30 gündən tez olmamaq və parlamentin buraxılmasından 45 gün gec olmamaq şərti ilə keçirilməlidir. Bununla da seçkilər noyabrın sonu-dekabrın ortaları aralığında keçirilməlidir.

Prosessual proseduralar nəzərdə tutulanda baş nazirin seçilməməsi, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsinin təyini kimi məsələlər nəzərdə tutulur. Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Paşinyan istefa verməli idi. Üstəlik parlament iki həftə ərzində yeni hökumət başçısı seçməməlidir.

Xəbər lenti
0